“Əli və Nino” Qurban Səidin ölümsüz əsəri
aşağıdakı linkden pdf olaraq yükləyə bilərsiniz
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Müqəddəs Quranda Qurban bayramı barədə
Qurbanların kəsilməsi
“Rəbbin üçün namaz qıl və qurban kəs!”, “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər” kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.
İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.
Şərtləri
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
“Yalan danışmağa məcbur deyilsiniz,
Amma yalan danışmamağa məcbursunuz.”
BenCe
Bəli “yalan danışmağa məcbur deyilsiniz.” Belə deyərdim ki, gənclərin ən çox qarşılaşdığı, nəinki gənclərin, kompüter arxasında əyləşib sosial şəbəkələrə abunə olan internet istifadəçilərinin qarşılaşdığı hallardan biri də “yalandır”. Virtual aləmin reallığını ciddi qəbul etməyən insanlar xəyal güclərini, fantaziyalarını işə salaraq qarşısındakı insanı çox asan bir şəkildə aldatmağa başlayır. Çünki həmin insan qarşısındakının nəinki insan, hətta real olduğunu belə düşünmür.
Bu cür insanlar artıq fikirləşmirlər ki, onlar real insanlarla ünsiyyətdədirlər. bu kimi hallar ən çox sosial şəbəkələrdə, söhbət zamanı baş verir. Məsələn bir nəfər qarşı cinsin nümayəndəsi ilə söhbət zamanı xəyallarını, fantaziyalarını aktivləşərək yalanlarını muncuq kimi düzməyə başlayır.
Etikasızlığın digər bir nümunəsi isə “anonim”likdir. Yəni yalançı yazılar yazıb “anonim”lik altında gizlənmək etikasızlıqdır. Öz şəklinin yerinə başqa məşhur insanların şəklini yerləşdirmək, məktub yazarkən əsil kimliyini gizlətmək. Bəs bunları necə başa düşmək olar.
Kimliyinizi nəyə görə gizli saxlayırsınız?
Siz məxfisinizsə niyə başqaları haqqında geniş məlumat əldə etmək istəyirsiniz?
Kimliyinizin bilinməməyini istəyirsinizsə sosial şəbəkələrdə nəyi və kimi axtarırsınız?
Bu sualın cavabı isə budur.
Mən real və lazımlı insanam, söylədiyim yalanlar ifşa olunmasın, onsuz da məni nə tanıyırlar nə desəm və nə yazsam yeri var “çattı mırttaşıramdaa özümçün vaxtım getsin”, və s. və i.a.
Qarşınızdakı insanların real olduğunu qəbul edin və onlarda özünüzə qarşı tüfeyli, yüngül xasiyyət və ciddiyyətsiz insan obrazını yaratmayın. Çünki bu cür davranışlar pis vərdişlərə gətirib çıxara bilər. Eləcə də yaxın, gündəlik ünsiyyətdə olduğunuz insanlara (valideyn, dost-tanış və həyat yoldaşı və s.) qarşı da artıq məsuliyyətsiz insan təsiri bağışlayacaqsınız.
Əlbəttə ki, siz öz şəklinizin virtual aləmdə yerləşdirmək, özünüz haqqında ətraflı və təfərrüatlı məlumatlar vermək məcburiyyətində deyilsiniz. Başqalarını aldatma haqqını da sizə heç kim verməyib. Amma yadda saxlamaq lazımdır ki, siz başqalarını aldatmaqla ilk olaraq özünüzü aldadırsınız. Bundan başqa unutmayın ki, Siz Özünüzdə Virtual Dünyanın Real İnsansınız.