Teleseriallar bizə hansı ideologiyanı təlqin edir

Son zamanlar televiziya kanallarını fəth edən teleseriallardan yəqin ki, xəbərdarıq. Bəs bu teleseriallar bizlərə hansı ideologiyanı təlqin edir.? Heç bu barədə düşünmüşükmü?

Bəlkə də hə, bəlkə də yox. Əvvəllər televiziya vasitəsilə hər bir dövlətin mədəniyyətini, həyat tərzini anlamaq mümkün idi. Çünki bu sehrli qutuda tanımadığımız, gedib görə bilmədiyimiz ölkələr, insanlar haqqında ümumi fikir yaranırdı. Bir sözlə mavi ekran dediyimiz televiziya hər bir ölkənin aynası idi. Ancaq hal-hazırda düşündürən və tərbiyəvi əhəmiyyəti olan verlişlərə çox nadir hallarda rast gəlmək mümkündür. Artıq televiziya verilişləri bir tərəfə qalasın teleseriallar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Çox nadir insan tapılar ki, təbii ki söhbət özümüzdən gedir; teleseriala baxmasın və qonum-qonşu, iş yoldaşları ilə oradakı “qəhrəmanlar” haqqında fikir mübadiləsi aparmasın.

Niyə məhz bunu biz edirik yaxud etməliyik. Məgər müzakirə mövzusu tükənibmi ki, bizlər dırnaqarası “qəhrəmanlar” haqqında az qalsın mübahisələr edirik?

Gəlin mavi ekranlarımız bəzəyən teleserialların mövzularına nəzər salaq. Bu teleserialların əsas süjet xətti nədir və hansı ideologiyanı yeniyetmə və orta yaş kateqoriyasına təlqin edir?

Xarici ölkələrin istehsalı və milyonlarla pul xərcləyib serial bazarı yaradan bu insanların əsas məqsədi nədir?

Bununla bağlı yaranan suallara cavab tapmaq mümkündürmü sizcə? Fikrimcə bu da biznesin bir növüdür. Pul qazanmaq əlbəttə ki, yaxşıdır. Ancaq pulu insanların beynini tüfeyli fikirlərlə dolduraraqmı qazanmaq lazımdır yoxsa necə?

Gəlin teleseriallarda gedən mövzulara nəzər salaq. Əksər hallarda filmin baş qəhrəmanları biri-birini “dəlicəsinə” sevən iki insan olur və bütün hadisələr bu iki insanın ətrafında cərəyan edir. Sonra isə bu iki insanın yanına bir də mafiya qoşulur və loru dillə desək aləm bir-birinə dəyir. Filimdəkilərin həyatları, burada hər iki təbəqə həm varlı, həm də kasıb tərəflər olduqca böyük əzab əziyyətlər çəkirlər. Müxtəlif çirkli əməlləri aşkar şəkildə göstərmək, yalan, xəyanət, cinayət və özbaşınalıqlar bu seriallarda öz əksini tapır. Və ən maraqlısı odur ki, burada bir-birini “dəlicəsinə” sevən insanlar haradasa arxa planda keçir. Deməli biz bu sevimli seriallarımızdan ən çox nələri öyrənirik gəlin ona bir nəzər salaq. İlk olaraq necə cinayət işləmək lazımdır, əri yaxud arvadı necə aldatmaq olar. Bir insana necə gözəl şəkildə işgəncə vermək olar. Uşaq oğurluğu, insan alveri bu kimi əməlləri əyani şəkildə göstərən bu filmlərdən əlbəttə ki, çox şey öyrənmək olar.

Amma bu filmləri çəkən “əmilər və dayılar”ın fikri isə tamamilə fərqlidir. Filmlərin sonunda qəhrəmanların adları ilə birgə çəkilən yekə-yekə firmaların sponsorluq etdiyi bu filmlərin çox böyük tərbiyəvi əhəmiyyəti olduğunu dönə-dönə vurğulasalar da vəziyyət tamamilə fərqlidir. Çünki bizlərə hansı tərbiyənin təlqin olunduğu ən azından göz qabağındadır. Nəhəng mafiyaların at oynadıb meydan suladığı bu filmlər ideologiya baxımından nəyi təlqin etdiyi açıq şəkildə görünür.

Yeniyetmə gənclərə yox-yox necə deyərlər 7-dən 77-yə yaş həddinin hətta bunu 2-dən 99-a hədəf kütləsinə xitab etdiyini desək heç də yanılmarıq. İndi yenicə ayaq tutan və dil açan körpələrin gözləri valideynlərdən çox “qəhrəmanlara”, layla səsindən çox filmlərdəki musiqilərə öyrəşib onları təqlid edirlər. Bəzi valideynlər isə uşaqların bu filmləri izləməsinə nəinki göz yumur hətta öz yanlarında oturdurub birlikdə bu filmlərə baxırlar. Bu nə dərəcədə düzgün tərbiyədir? Bu suala cavab tapmaq deyəsən çox çətindir.

Yeniyetmə gənclərin beynin qarışdırıb lazımsız fikirlərlə doldurmaq, onların dərslərinə sərf edəcəkləri vaxtı ekran qarşısında əyləşib nə olduğu bilinməyən seriallara baxmaqla keçirməsi. Dünya görüşünü iflic hala salıb nə istədiyini dəqiqləşdirməkdə çətinlik çəkməsinə geniş imkan yaradan bu seriallarda tərbiyəvi əhəmiyyətdən kənar hadisələrin olması nə dərəcədə düzgündür? Və bunlar bizə lazımdırmı? Əgər lazımdırsa nə üçün lazımdır?

Bizim düşünən beynimizin məhv olması görəsən çox vacibdir? Cib doldurmaq bəhsinə və həvəsinə ekranları bu seriallarla bəzəməyi məsləhət görməzdim. Daha gözəl tərbiyəvi və elmi layihələri maliyyə baxımından dəstəkləmək çoxmu çətindir?

Hələlik isə seryə davam…

Advertisements

Bir Cavab to “Teleseriallar bizə hansı ideologiyanı təlqin edir”

  1. nalab Says:

    Serialların nümayiş etdirilməsi ümumiyyətlə normal haldır. Amma çərçivəsində. Yəni, bir ölkənin 7 telekanalı mövcuddursa və bunların 99%-i demık olar ki, eyni məzmunlu serialla dolubsa bax, bu anormaldır. Qeyd etdiyiniz mövzulu seriallara isdə bütün ailə üzvləri birlikdə baxır, bu da anormaldır


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: