DİVARLARI SİLMƏK ASANDI BƏS YADDAŞIMIZA HƏKK OLUNANLARI?..

30 aprel tarixində ADNA-da baş vermiş qanlı hadisə məni də sarsıtdı. Qatilin gələcəyimizin düşünən beyinlərinə tuşladığı güllələr hədəfdən yayınmamış neçə gəncin həyatına son qoymuşdur. Axı nəyə görə bu yaranın qaysaqlaması üçün əlimizdən gələni əsirgəmirik. Bizlər nəyi unutmağa unutdurmağa çalışırıq. Nəyinki üç gün heç bir gün də matəm elan etmədik. Televiziyalarda xoş əhval-ruhiyyə aşılamağa çalışan proqramlar var gücü ilə öz fəaliyyətlərini davam etdirir. ADNA-nın önündən keçəndə gördüyüm mənzərədən dəhşətə gəldim. Tələbələrin qanlı faciənin qurbanı olan dostları üçün divarlara yazdıqları yazıları silib təmizləyirdilər. NƏ ÜÇÜN? Axı təmizlənəcək divarlar heç də az deyil bu şəhərdə. Yeni və köhnə tikililərin divarlarına yapışdırılan yerli-yersiz elanlar, posterlər, yazılan əxlaqsız sözlər və s. Niyə məhz “Allah rəhmət eləsin”, “xatirəniz qəlbimizdə əbədi yaşayacaq”, “siz qəhrəmansınız”, “şəhidlik zirvəsinə ucaldınız” sözləri silinməlidir? Bu sözlər bir neçə gün orda qalsaydı görəsən nə baş verərdi?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: