Həzrəti-Loğmanın nəsihətləri

Hz. Lokman

Sağlamlığın üçün çiy, isti və çox yemək yemə.

Günahın zərrəsindən belə özünü qorumağa çalış

Ən gözəl nemət yaxşı xasiyyətə malik olmaqdır

Sözünə sadiq qal

Yaşıdlarınla gözəl söhbətlər et

Hər kəslə mülayim rəftar et

Düzgün ol

Başına gələnə səbir elə

Yaxşı insanlarla dostluq et

Dilini pis sözlər söyləməkdən qoru

Sədəqə verməyi tərk etmə, zəkatdan çəkinmə

Pisliyi tərk edib Allahdan bağışlanmağını istə, tövbə etdikdən sonra tövbəmi pozma

Saxtakarlıq etmə, heç kəsi aldatma

Sarımsaq şəfalıdır, soğanın çiy yeməkdənsə bişmiş yemək daha məsləhətlidir

Divarı nəm, insanı qəm yıxar

Ey oğul! Cahili heç yerə elçi göndərmə, əgər ağıllı bir nəfər tapa bilməsən özün get.

Ey oğul! Dünya dərin dəniz kimidir. Çox insan orada boğulmuşdur.

Təqva gəmin, iman yükün, təvəkkül halın, saleh əməl azuqən olsun.

Qurtuluşun Allahın rəhməti ilə, boğulsan günahının ucbatındandır.

Ey oğul! Mən neçə ağır yüklər daşıdım, fəqət kasıblıq kimi acı görmədim.

Neçə ağır yük çəkdim, pis qonşudan ağırını görmədim.

Mərhəmət edən, mərhəmət görər.

Xeyr söyləyən kar edər, pis danışan günahkar olar.

Dilinə hakim olmayan peşman olar.

Ey oğul! Qənaətcil olsan dünyada səndən varlısı olmaz.

Ey oğul! Hər an Allaha sığın.

Dünyanın sevincini təcrübədən keçirdim, elmdən ləzzətlisini görmədim.

Ey oğul! Şirin söz danış, kobud və sərt söz söyləmə.

Çox vaxt susmağa üstünlük ver.

Təfəkkür et, o vaxt dilin bəlasından uzaq olarsan.

Ey oğul! Ticarət olaraq təqvaya sarıl. Bu mal olmadan gəlir gətirər.

Səhhət kimi zənginlik, gözəl əxlaq kimi nemət yoxdur.

Ey oğul! Xoruz səndən daha ağıllı olmasın.

Hər səhər zikr və təsbeh edərkən yatma.

Ey oğul! Qızıl odda saflaşdırıldığı kimi, insanlarda bəla və müsibətlərlə imtahan edilir.

Ey oğul! Dünyaya ürəkdən bağlanma, ona güvənmə, çünki sən bunun üçün yaradılmamışsan.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: