ORUC

Bismillahir Rəhmanir Rəhim

Vəl-Həmdu lillahi  Rəbbil-aləmin,
vəs-səlatu vəs-səlamu əla Seyyidina
Muhəmmədin və alihi və əshabihi  əcməin!
Əmmə bəəd…


Möhtərəm mömin qardaş  və bacılarımız!

1429-cu hicri qəməri ilinin  Ramazan orucu miladi təqvimlə sentyabrin 1-dən tutulmağa başlayır.
Başda Şeyxülislam Hacı  Allahşükür  Paşazadə həzrətləri olmaqla Qafqaz Müsəlmanları İdarəsi, onun  Qazılar Şurası və Elmi-Dini Şurası
Ramazanda oruc tutmaq  niyyəti etmiş bütün mömin  müsəlmanları bu münasibətlə təbrik edir, cətin,  lakin    insana  şərəf  gətirən  və onun
mənən  saflaşması,  kamilləşməsi  ücün  bir vasilə olan  bu bir ayliq  ibadət  yolunda  hamıya  səbr,  dözüm və mətinlik diləyirlər.  Peygəmbər
Salavatullah hədislərinin birində demişdir: «Oruc səbrin yarısıdır».
Başqa  bir  hədisdə belə buyurmuşdur ki: «Səbr imanın yarısıdır». Allah-təala isə Kitabında vəd edir  ki, «Səbr edənlərə (axirətdə) saysız
hesabsız əcr  veriləcəktir» (əz-Zumər,10).
Yenə də hədislərə  istinadən, Cənnətin ər-Rəyyan adlanan bir qapısı vardır ki, bu qapıdan ancaq oruc  tutanlar keçəcəklər.
Qafqaz Müsəlmanları  İdarəsi  «Oruc kitabı» nı bu ibadətə qoşulanlara Ramazan  orucu, onun  fəzilətləri  barədə  müəyyən zəruri biliklər
vermək  məqsədilə   hazırlamışdır. Ümüd edirik ki, İnşallah, kitab faydalı olub, oruc  tutanları  düşündürən  bir cox suallara cavab  tapmaqla
yardım edəcəkdir.


Oruc nədir?

İslamda oruc Allaha ele bir ibadət əməlidir ki, insan Allahın buyruğunu yerinə  yetirmək üçün özünü sübh  əzanından gün  batana  qədər
orucu batil edən şeylərdən saxlayır, dünya ləzzətlərindən çəkinir, gündəlik  fəaliyyətini davam etdirsə də, özünü ancaq  Allaha  ibadətə  həsr
edir,  nəfsini təmiz  və bu vaxt Şeytan onun qəlbinə yol tapa bilmir. Həzrəti  Peygəmbər  Salavatullah buyurmuşdur: «Elə ki, Ramazan  gəldi,
cənnətin qapıları açılar, Cəhənnəmin qapıları baglanar, şeytanlar da zəncirdə olar».

Oruc Allaha ibadət əməlidir. Peygəmbərimiz (s) demişdir ki: «Hər şeyin qapısı vardır-ibadətin qapısı isə orucdur».Əslində bütün ibadətlər
Allah üçündür, amma orucun xüsusi əcri vardır. Bir hədisi-qüdsiyə  görə, Allah-təbarəkə və  təala buyurmuşdur ki: «Oruc Mənim ücündür və
və onun mükafatını Mən verəcəyəm». Bunun mahiyyəti belədir ki, oruc tutan insan şüurlu olaraq  yeməkdən-içməkdən, dünya ləzzətlərindən
çəkinir və onun orucu öz içində, daxilində bir sirr olaraq qalır, yəni orucluqda elə bir əməl yoxdur ki, onu kimsə  görsün, müşahidə etsin.
Oruc daxildən gələn səbrə, dözümə söykənir. Bunu isə ancaq Allah görür. Digər tərəfdən, oruc tutan insan öz  əməli ilə Şeytana qalib  gəlir.
Belə ki, Şeytanın insanla mübarizədə əsasən silahı insanın nəfsi, istəkləri, şəhvətləridir. Şəhvətlər isə yemeklə-içməklə güclənir. Oruc tutan
insan   özünü  yeməkdən-içməkdən  saxlamaqla  nəfsinə  qalib  gəlir,  şəhvətlərini   bogur və  bununla  da  Şeytana  imkan  vermir   ki, onun
daxilialəminə yol tapsın. Odur ki,  Allah oruc  tutan Öz mələklərinə göstərər ki, bir baxın  Mənim  bəndəm Mənim xatiriməşəhvətini, ləzzətini,
yeməyini,  içməyini tərk edib.  Orucuna səmimi-qəlbdən, şüurlu olaraq,  məhz  Allaha ibadət  kimi əməl edən insanı  Allah  Öz mələklərinə tay
tutar.

Oruc  müsəlmanlara  vacib buyurulmuş  ibadət  əməlidir. Bu  barədə Qurani-Kərimin hökmü   belədir:

«Ey iman gətirənlər!  Oruc  tutmaqsizdən əvvəlki ümmətlərə vacib oldugu  kimi sizəə vacib edildi» (əl-Bəqərə,183). Təfsirlərdə göstərilir ki,
bu mübarək  ayə hicrətin 2-ci ilinin
Şaban ayinda nazil olmuşdur. Deməli, müsəlmanlar Ramazan orucunu miladi təqvimlə 624-cü ildən etibarən tutmaga başlamışlar.


Oruc niyə Ramazan orucu adlanır?

Oruc müqəddəs Ramazan ayında tutuldugu ücün Ramazan orucu adlanır. Müsəlmanlar orucu ona görə Ramazanda tuturlar ki, Qurani

Kərim bu ayda nazil edilmişdir.    Bu məsələni  Müqəddəs-Kitab belə açıqlayir:  «İnsanlara  dogru   yolu  göstərən,  bu  yolu açıq  dəlilləri ilə

aydınlaşdıran və  (haqqı  batildən) ayiran   (Quran)   Ramazan   ayında   nazil   edilmişdir»  (əl-Bəqərə,185), odur  ki,   Allaha   lütfünə   görə

minnətdarlıqlarını  bildirmək  üçün bu  «aya  yetişən şəxslər oruc  tutmalıdırlar»  (əl-Bəqərə, 185). Allah-təbarəkə   və  təala orucu   «…bəlkə

(bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz» (əl-Bəqərə,183) deyə ibadət aini müəyyən etmişdir.


Ramazan orucunun müddəti necə müəyyən edilir?

Ramazan  ayı  hicri-qəməri   təqviminin   9-cu  ayıdır. Hicri-qımıri təqvimi Peygəmbərin (S) 622-ci ildə  Məkkədən Mədinəyə hicrəti tarixin

hesablanır və əsasında 12 aydan ibarət Ay ili durur.  Ay ilinin hər biri 29-30 gündən ibarət olan ayları Ayin hilalının görünməsi ilə başlanır. Ay

ili (355 gün)   Günəş   ilindən (365 gün)   10 gün qısa  olduğu üçün Ramazan orucu da Günəş təqviminə görə hər il təxminən 10 gün qabağa

keçir. Bu  səbəbdən, Orucluq ayı bu gün  qəbul edilmiş  Günəş təqviminə nisbətdə   yerini dəyişir, gah   qışa, gah  yaya, gah  payıza, gah da

yaza  təsadüf edir. Bununla  Allah-təala   müsəlmanları   müxtəlif iqlim şəraitində – istidə də,   soyuqda  da  imtahana çəkmək, onların aclıga-

susuzluga dözümünü yoxlamaq istəmişdir.

Beləliklə, Ramazan orucu Ramazan hilalının – Təzə   Ayin görünməsi ilə başlanır, bir ay  davam edir və  Ayın rüblərini keçdikdən sonra

hilalın təzədən görünməsi ilə bitir.


Ramazan Orucunun vacib şərtləri

Ramazan  orucunun  vacib  şərtləri  bunlardır: Həddi-buluğa çatmaq , ağlı  baçında  olmaq,  canı  sağlam  olmaq-xəstə  olmamaq, daimi

yaşayış  yerində olmaq-səfərdə olmamaq (Cəfəri təliminə görə),  qadınlarda aybaşı və qanaxma hallarında olmamaq.Əlbəttə,bu hallar hec də

müsəlmanı  orucdan  azad etmir-onlar  aradan  qalxdıqdan sonra, yəni insan xəstəlikdən şəfa tapdıqdan və  ya səfərdən qayıtdıqdan  sonra

tutmadıgı   günlərin   sayı qədər  orucunu   tutmalıdır.  Qurani-Kərimdə bu   barədə belə buyurulur:  «Sizdən   xəstə və   ya   səfərdə olanlar

tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar.Oruc tutmaga taqəti olmayanlar isə(hər günün əvəzində) bir  yoxsulu doyuracaq

qədər fidyə vermılidirlər…  Allah  sizin  üçün agırlıq deyil, yüngüllük istərki,  fövtə  gedən günlərin  orucunu tamamlayasınız və sizi hidayət

etdiyinə görə Allahı( «Allahu əkpər» deməklə ) böyük tutasınız və bəlkə də şükr edəsiniz» (əl-Bəqərə, 184-185).

Beləliklə   aydın olur ki, oruc tutmaqdan üzürlü olanlar sonra, münasib vaxtda onun əvəzini-qəzasını tutmalı və ya fidyə  olaraq yoxsul

yedirtməlidirlər. Orucu qəsdən pozanlar onun qəzasını tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini verməlidirlər.


Oruca nə vaxt başlamaq və onu və onu nə vaxt qurtarmaq lazımdır?

Oruc səhər sübhdən, sübh namazından sonra  başlanır və axşam gün batana qədər davam edir: «… Sübh açılınca, ağ sap qara sapdan

fərqlənincəyə qədər yeyib-içib, sonra gecəyə qədər orucunuzu tamamlayin…»  (Bəqərə, 187). Yaxşı olar ki,oruc tutan sübh namazına qədər

obaşdanlıq   etsin, cünki  obaşdanlıqda  bərəkət vardır. Namazdan  sonra  oruc – imsak  başlanır və   gün   batana   qədər davam edir. Gün

batandan sonra iftar etmək, yəni orucu açmaq olar.


Oruc niyyəti

Ramazan   orucunu   Allaha   yaxınlıq   (qürbətən iləllah) niyyəti ilə tuturlar. Bütün  Ramazan üçün bir dəfə « Niyyət etdim,  Ramazan ayı

orucunu tutmaq  üçün,qürbətən iləllah » – deyə  niyyət etmək caiz sayılır. Niyyət  Şabanın sonuncu günündən Ramazanın ilk gününə keçən

gecə edilir: gecənin əvvəlindən sübh azanına qədər hər vaxt niyyət etmək olar.

Hər   gecə sabahkı gün üçün oruc niyyətini  təzələmək müstəhəb sayılır. Bu zaman «Niyyət etdim, sabah  oruc tutmaq üçün,  qürbətən

iləlla » deyə niyyət edilir.

Ramazanda   başqa  orucların  (məs., nəzir  orucunun) deyil,  ancaq  Ramazan  orucunun  niyyəti edilir, çünki   əgər  Ramazan  ayında

oldugunu   bilmədən başqa oruc niyyəti  etmisənsə, orucun  Ramazan  orucu  hesab olunur,  yox əgər Ramazan  ayında olduğunu bilə-bilə

başqa oruc niyyəti etmisənsə, orucun nə Ramazan orucu, nə də niyyət etdiyin oruc sayılacaqdır.


Orucu batil edən məqamlar

Aşagıda sadaladıqlarımız orucu batil edir: yemək, içmək, cinsi əlaqəyə girmək, şəhvət doguran əməllər, tüstü və ya toz udmaq, Allahın

və Peyğəmbərin adından  yalan  danışmaq,  başı suya salmaq, cinsi  əlaqədən, aybaşı və doguş  qanaxmasından sonra sübh azanına qədər

üzürsüz   qüsül  etəmək, imalə  etmək, qusmaq. Məsləhətdir  ki, oruc   vaxtısürmə və  müşk  çəkməkdən, ətirlənməkdən, tütün, gül,  reyhan

iyləməkdən imtina edilsin.


Orucun qəzası

Orucu  üzürlü  səbəbə görə tuta  bilməyənlə, həmçinin  orucu  batil edən şeyləri  edənələr, Ramazandan sonra orucu tutulmamış və ya

orucu  batil  olmuş hər gün  üçün bir gün  qəza orucu tutmalıdırlar. Agır xəstələrqəza orucunu gələn  orucluga qədər tuta bilməyəcəklərinə

əmin olduqda, hər günün əvəzindəən azı750 qr., çörək dəyərində fidyə verməlidirlər.


Kəffarə Orucu

Ramazan orucunu üzürlü səbəb olmadan, bilərəkdən pozanlara kəffarə vacib olur. Ramazan   orucunun kəffarəsi 60 gün oruc tutmaq,

ya da   60  fəqiri  yedirtməkdir. 60 gün  kəffarə   orucuna 1 gün qəza orucu da  əlavə   olunur. Kəffarə  orucu  tutan  şəxs  özündə halsızlıq,

taqətsizlik  hiss  edərsə, 31 gün  fasiləsiz orucdan  sonra  fasilə verə və  bundan sonra  orucu davam etdirərək  tamamlaya bilər. Həmin 31

günün  orucunun  fasiləsizliyini   təmin  etmək  üçün  elə etmək  lazımdır  ki, həmin  günlərə  orucu  haram  olan  günlər (məsələn,  Qurban

bayramı günü) təsadüf etməsin.

Qadınlar aylıq adət hallarından sonra oruclarını davam etdirə bilərlər.


Orucluq Bayramı

Orucluq  bayramı  Fitr  bayramıdır,  bütün  oruc  tutanların  bayramıdır.  Şəvval  ayının 1-də  bayram edilir. Bayram günü  həddi-buluğa

çatmış  hər  bir imkanlı  müsəlman  özü  üçün və himayəsində  olan  hər  bir şəxs  üçün təqribən 3 kq.  bugda qiyməti həcmində  fitrə zəkatı

verməlidir.


Əhya gecələri nə deməkdir?

«Əhya» ərəb dilində «oyaq qalıram» mənasını daşıyır. Quran Ramazan ayinda, Ramazan gecələrindən birində nazil edilmişdir. Bu gecə

Qədr  gecəsidir, mübarək  gecədir. Qurani-Kərimdə  buyurulur: «Həqiqətən,  Biz  onu (Quranı) Qədr  gecəsi nazil  etdik. Sən nə bilirsən ki,

nədir Qədr gecəsi?! Qədr  gecəsi min aydan daha xeyirlidir!  O gecə mələklər və  Ruh Rəbbinin izni ilə hər bir işdən dolayı  yerə enərlər. O

gecə dan yeri sökülənə kimi salamatlıqdır» (əl-Qədr, 1-5).

Təfsirlərdə  göstərilir ki,  Quran  Ramazan  ayının  Qədr gecəsində bütov halda Lövhi – Məhfuzdan –  Allahın  dərgahında  hivz olunan

Lövhədən aşagı  səmaya və oradan cənab Cəbrail əleyhissəlam vasitəsilə Peygəmbərimizə (S) 23 il müddətində hissə-hissə  çatdırılmışdır.

Bu səbəbdən, Qədr gecəsinin savabı min ayin savabından çoxdur. Qədr  gecəsi ramazanın  son on gecəsindən  biridir, həm də tək günün

gecəsidir.  Hədislərə görə, bu  gecə ramazan ayının 18-dən 19-na, 20-dın 21-nə,  22-dən  23-nə, 26-dan  27-nə keçən gecələrindən biridir. O

gecə mələklər və  Cəbrail (ə) həmin gündən gələn ilin Qədr gecəsinidək  dünyada baş verəcək işlər  barəsində Allah-təbarəkə  və təaladan

əmrlər alıb   yerə enər, əmrləri   çatdırarlar. Qədr   gecəsi bütünlüklə xeyir-bərəkət  gecəsiolar,  mələklər   yer üzündə gəzib  Allahın müxlis

bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək müstəhəb sayılır.

Əhya gecəsi və qədr gecəsi eyni mənalı məhfumlardır.


Orucluqda münasibətlərimiz necə olmalıdır?

Orucluqda  bir-birimizə  münasibətdə  diqqətli olmalı,  bir-birimizə  hörmətimizi,  mehribanlıgımızı,  dözümümüzü  artıq  etməliyik. Oruc

tutanın  agzı   təkcə yemıkdın – içməkdən yox, həm də yalandan   qeybətdən, söyüşdən   təmiz olmalıdır. Oruc   tutmayanlar   bilməlidirlər ki,

oruclunun  yanında çörək  yemək, siqaret  çəkmək,  şəhvət doguran söhbətlər aparmaq məkruh sayılır.  Oruc tutanlar da həddindən ziyadə

tələbkar  olmamalı, bilməlidirlər ki, İslama görə, dində məcburiyyət məqbul sayılmır, hər kəs pis əməlləri üçün özü məsuliyyət daşıyır və özü

haqq-hesab verəcəkdir.

Ümumiyyətlə, orucun üç səviyyəsi var.

Birinci, sadə səviyyədə oruc günün müəyyən vaxtları yeməkdən-içməkdən, şəhvət doguran şeylərdən imtina etməyi nəzərdə tutur.

İkinci, bir qədər yüksək səviyyədə oruc bədən  üzvlərini də günah  işləməkdən saxlamağı məqsəd kimi qoyur, yəni  əl pis iş görməməli,

ayaq  pis  yola  getməməli, dil  pis  sözlərdən – yalandan, söyüşdən,  böhtanadan, xəbərçilikdən çəkinməli, qulaq  pis  sözləri eşitməməlidir.

Həzrət Əli əleyhissəlam orucu nəfsləri ədəbləndirmək və islah etmək işində mühüm vəsilə hesab etmişdir.

Üçünçü, ın yüksək səviyyədə oruc qəlbi pis  niyyətlərdən,  kin-küdurət,  həsəd, fitnə-fəsad barədə fikirlərdən saxlamagı nəzərdə tutur.

Həzrəti Əli  əleyhissəlam  göstərir ki,  Allah mömin  bəndələrinin bədən  üzvlərini  oruc  titmaq sövq etmək vasitəsilə  fitnə-fəsad, zülm  və

təkəbbürdən qoruyur.

Peyğəmbər  səllalahu əleyhi və alihi və səlləm! – buyurmuşdur ki:  «Beş şey  oruc  tutanın  orucunu  qiymətdən   salar – yalan,  qeybət,

xəbərçilik, yalan and və şəhvətli baxış».

Həzrət Peygəmbərimiz (S) həmçinin buyurmuşdur: «Nə qədər oruc tutan var ki, orucundan ona ancaq aclıq və susuzluk qalar».

Oruc   Allaha elə bir ibadət   formasıdır ki,  insan bu  ibadəti   yerinə  yetirdiyi zaman Allah  onun daxili aləminə nəzarət edir,  orucunun

savabını   müəyyən edir.  Peyğəmbərimiz  əleyhissəlam  buyurmuşdur:  «Kim  Ramazanda   bir oruc tutana  iftar versə, oruc tutan  mislində

əcr qazanar, həm də oruc  tutanın əcrindən heç bir şey əskilməz». Hökm deyildir ki, iftar süfrələri dəbdəbəli çəkildə  açılsın. İslam ifratcılığı

və israfçılığı sevmir. Peyğəmbərimiz (S)  iftar süfrəsinin  savabı barədə  belə buyurmuşdur:  «Oruc tutana iftarda bir xurma, bir içim su, bir

qurtum süd verənə belə Allah-təala savab verər».

Ramazan  Allaha ibadət ayı olaraq, matəm deyil, məgfirət və təqva ayıdır. Yaxçı olar ki,  Ramazan günlərində qocalar və uçaq evlərinə,

xəstəxanalara,  kimsəsizlərə, əlillərə,  ehtiyacı  olanlara  yardım göstərilsin.  Çünki  Allahın  Kitabında  buyurulmuşdur: «Hər  kəs könüllü iş

görərsə, bu, onun üçün xeyirli olar» (əl-Bəqərə, 184).

Ramazan günlərində yas mərasimlərində gündüz ehsan vermək haramdır,ehsanlar iftar vaxtına salınmalıdır.

qaynaq: http://www.qafqazislam.com/ramazan.html

Advertisements
Kateqoriya:Din. Etiketlər: , . Leave a Comment »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: