İnternetdə ünsiyyət etikası

“Yalan danışmağa məcbur deyilsiniz,

Amma yalan danışmamağa məcbursunuz.”

BenCe

Bəli “yalan danışmağa məcbur deyilsiniz.” Belə deyərdim ki, gənclərin ən çox qarşılaşdığı, nəinki gənclərin, kompüter arxasında əyləşib sosial şəbəkələrə abunə olan internet istifadəçilərinin qarşılaşdığı hallardan biri də “yalandır”. Virtual aləmin reallığını ciddi qəbul etməyən insanlar xəyal güclərini, fantaziyalarını işə salaraq qarşısındakı insanı çox asan bir şəkildə aldatmağa başlayır. Çünki həmin insan qarşısındakının nəinki insan, hətta real olduğunu belə düşünmür.

Bu cür insanlar artıq fikirləşmirlər ki, onlar real insanlarla ünsiyyətdədirlər. bu kimi hallar ən çox sosial şəbəkələrdə, söhbət zamanı baş verir. Məsələn bir nəfər qarşı cinsin nümayəndəsi ilə söhbət zamanı xəyallarını, fantaziyalarını aktivləşərək yalanlarını muncuq kimi düzməyə başlayır.

Etikasızlığın digər bir nümunəsi isə “anonim”likdir. Yəni yalançı yazılar yazıb “anonim”lik altında gizlənmək etikasızlıqdır. Öz şəklinin yerinə başqa məşhur insanların şəklini yerləşdirmək, məktub yazarkən əsil kimliyini gizlətmək. Bəs bunları necə başa düşmək olar.

Kimliyinizi nəyə görə gizli saxlayırsınız?

Siz məxfisinizsə niyə başqaları haqqında geniş məlumat əldə etmək istəyirsiniz?

Kimliyinizin bilinməməyini istəyirsinizsə sosial şəbəkələrdə nəyi və kimi axtarırsınız?

Bu sualın cavabı isə budur.

Mən real və lazımlı insanam, söylədiyim yalanlar ifşa olunmasın, onsuz da məni nə tanıyırlar nə desəm və nə yazsam yeri var “çattı mırttaşıramdaa özümçün vaxtım getsin”, və s. və i.a.

Qarşınızdakı insanların real olduğunu qəbul edin və onlarda özünüzə qarşı tüfeyli, yüngül xasiyyət və ciddiyyətsiz insan obrazını yaratmayın. Çünki bu cür davranışlar pis vərdişlərə gətirib çıxara bilər. Eləcə də yaxın, gündəlik ünsiyyətdə olduğunuz insanlara (valideyn, dost-tanış və həyat yoldaşı və s.) qarşı da artıq məsuliyyətsiz insan təsiri bağışlayacaqsınız.

Əlbəttə ki, siz öz şəklinizin virtual aləmdə yerləşdirmək, özünüz haqqında ətraflı və təfərrüatlı məlumatlar vermək məcburiyyətində deyilsiniz. Başqalarını aldatma haqqını da sizə heç kim verməyib. Amma yadda saxlamaq lazımdır ki, siz başqalarını aldatmaqla ilk olaraq özünüzü aldadırsınız. Bundan başqa unutmayın ki, Siz Özünüzdə Virtual Dünyanın Real İnsansınız.

Advertisements

Bir Cavab to “İnternetdə ünsiyyət etikası”

  1. Jalə Nəcəfova Says:

    Cəmilə, məncə insanlar qarşısındakının real olduğunu çox gözəl anlayırlar, lakin onlar elə düşünürlər ki, əgər kimdəsə onların adı, nömrəsi və ya ünvanı yoxdursa deməli heç kəs onları tapa bilməz və cinayətkarlığa görə cəzalandıra bilməz. Hər kəs bilsin ki, internet virtual olsa da hər hansı bir şəxsi tapmaq elə də böyük problem deyil. Sosial şəbəkələrdə öz şəkli olmayan və ya öz adı olmayan şəxsləri mən ciddi qəbul etmirəm və dərhal ignore edirəm.

    Həm də məncə bu mədəniyyət daxildən gəlməlidir. Kimisə narahat etmək, onu internetdə söymək və yalnız ona arxalanmaq ki, kimsə onu tapıb cəzalandıra bilməyəcək, -qorxaqların işidir.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: